“İNTERNATİONAL” ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 21.05.2013-cü il tarixli BKT – 12 saylı lisenziyası əsasında Bank Olmayan Kredit Təşkilatı olaraq fəaliyyət göstərir.
Şirkətimiz, təminatlı və təminatsız kreditlərin verilməsi, həmçinin “Bank Olmayan Kredit Təşkilatları haqqında” Qanunda nəzərdə tutulan digər xidmətlər üzrə ixtisaslaşmışdır.
Hal-hazırda təşkilatımızın nizamnamə kapitalı 10.000.000 (10 milyon) manat, filial şəbəkəsi isə 10-u Bakıda, 29-u bölgələrdəolmaqla 39, işçi sayı isə 450 nəfərdir.
“İNTERNATİONAL” BOKT olaraq, 2015-ci ildən Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Sahibkarlığın İnkişafı Fondu (SİF) fondları ilə yanaşı ölkənin ən böyük banklarından olan “PAŞA Bank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC, “Yelo Bank” ASC, “BTB Bank” ASC və digər banklarla əməkdaşlıq edirik.
"AzFinance” İnvestisiya şirkəti MMC, “Paşa Kapital” İnvestisiya şirkəti QSC, “AssistFinance” İnvestisiya şirkəti ASC kimi böyük digər investisiya şirkətləri də daxil olmaqla Milli Depozit Mərkəzi və “Bakı Fond Birjası” QSC təşkilatımızın etibarlı tərəfdaşlarıdır.
“İNTERNATİONAL” ASC kredit təşkilatı müştərilərinin rahat ödəmələrini təmin etmək üçün “PaşaPay” MMC və “E-Manat” MMC şirkətləri ilə çalışır.
Qeyd edək ki, Beynəlxalq Audit Şirkəti olan “Baker Tilly Azerbaijan” MMC 2022, 2023, 2024, 2025-ci illərdə təşkilatımızın audit yoxlamasının aparmış və maliyyə hesabat tərəfimizdən içtimailəşdirilmişdir.
DƏYƏRLƏRİMİZ!
STRATEJİ BAXIŞ VƏ MİSSİYA!